13 C
Baku
Saturday, November 23, 2024

Bakıda avtomobillərin parklanma QİYMƏTLƏRİ – 30 qəpik-1 manat

“Hazırda Bakıda quraşdırılan parkomatların sayı 178-ə çatıb”. Bunu  Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev deyib.

Onun sözlərinə görə, müvəqqəti dayanacaqlarda parkomatlar vasitəsilə ödənişlər əsasən 3 zona üzrə müəyyənləşib və burada qiymətlər zonalar üzrə dəyişir: “1-ci zonada müvəqqəti dayanacaqdan istifadə müddətinin saatı 1 manat, 2-ci zonada 50 qəpik, 3-cü zona üzrə isə 30 qəpik təşkil edir. Avtomobillərin hərəkətindən asılı olaraq bəzi küçələrdə bu qiymət 20 qəpik müəyyənləşib. Yəni təxminən “İçərişəhər”, Nizami küçəsi mərkəz sayıldığından, orda qiymətlər 1 manat olacaq. Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığı, “Yasamal”, “Gənclik” 2-ci zonaya aiddir. Qalan ərazilər isə mərkəzdən kənar olduğundan, 3-cü zona sayılır”.
H.Abdullayev onu da əlavə edib ki, şəhər mərkəzində bir parkomat ərazisində müvəqqəti dayanacaqdan istifadə limiti 4 saatdır: “Bəzi ərazilərdə isə limitsiz olacaq”.
Bizimyol
Son xəbərlər
Digər xəbərlər