26 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Bakıda bağ salan şirkətin badam məhsul yığımı kəskin artdı

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda qiymətli çərəz sayılan badam emalının həcmində yüksək göstərici qeydə alınıb.

Banker.az xəbər verir ki, Bilgəh və Qalada badam bağlar salan “Azbadam”ın məhsul yığımının 2 200 ton təşkil etdiyi açıqlanıb. Söhbət 2020-2021-ci il  mövsümindən gedir. Bu isə 2020-ci ildə respublika üzrə qeydə alınan nəticəni də üstələməsi düməkdir.

Həmçinin, “Azbadam” MMC-yə məxsus Badam Emalı Zavodunun bir neçə gün öncə işə düşüb. Açıqlamada “… yerli bazarda qiymətin aşağı düşməsinə” nail olmaq mümkün olacağı qeyd edilir”.

“Azbadam” MMC şirkətinin əsas hədəflərindən biri də yerli badamın ixracına nail olmaqdır” deyə, şirkətin açıqlamasında deyilir.

Şirkətin Bakının Qala qəsəbəsində 268 hektar və Bilgəh qəsəbəsində 212 hektar ərazidə badam bağları salınıb. Əsasən ispan sort – Quarra, Avijor, Belona və Soleta badam tingləri əkilib.

Qeyd edək ki, ötən il ərzində Azərbaycanda DSK-nin məlumatına görə 1 464 ton həcmində badam yığılmışdı, öncəki illə müqayisədə 60% artım idi.

 

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər