9 C
Baku
Thursday, December 12, 2024

Bakıda bank işçisi mülkünü xeyriyyәyә vәsiyyәt etdi

Dünən Bakının Yasamal rayonu, Mətbuat prospektində sükan arxasında infarkt keçirən sürücü piyadanın ölümünə səbəb olub.

Qəza nəticəsində həyatını ititrən piyada 53 yaşlı Abbasov Fariz Nikolay oğlu olub.

O, açıq kəllə-beyin travması, döş qəfəsinin əzilməsi və sol bud nahiyyesində xəsarətlərlə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Fariz Abbasov Bakıda uzun illər sığorta və bank sektorunda çalışıb. O, daha öncə Beynəlxalq Sığorta Şirkətinin icraçı-direktoru olub.

Mərhum F.Abbasov subay olub. Onun yas mərasimi dostları tərəfindən təşkil olunub. Ailəsi olmayan F.Abbasov tanınmış banklarda yüksək vəzifə sahibi olub. O, sağlığında yazdığı vəsiyyətində var-dövlətinin, mülkünün xeyriyyə işlərinə sərf edilməsini yazıb.

Allah rәhmәt etsin…

Son xəbərlər
Digər xəbərlər