6 C
Baku
Sunday, December 15, 2024

Bakıda banka borcu olan şirkət rəhbəri özünü güllələdi – YENİLƏNİB

Bakıda şirkət rəhbərinin intihar etməsi faktı ilə bağlı cinayət işinin istintaqı davam etdirilir. Nərimanov rayonu Ağa Nemətulla küçəsi 79/48 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Hacıyev Söhbət Afiyəddin oğlu özünü mayın 21-də səhər saat 07:30-da güllələyərək intihar edib. Onun rəhbərlik etdiyi “İnteryer S” MMC şirkəti təhlükəsizlik və müşahidə kameralarının quraşdırılması və sazlanması ilə məşğul olurmuş.

Bildirilir ki, S.Hacıyevin rəhbərlik etdiyi qurumun banklara borcu olub. Bir müddət əvvəl şirkət hazırda fəaliyyət göstərəməyən banklardan birini kredit borcunun ləğv edilməsi ilə bağlı məhkəməyə də veribmiş.

Lent.az

15:22

Bakıda intihar hadisəsi qeydə alınıb.

Banker.az Report-a istinadən verdiyi məlumata qörə, 1962-ci il təvəllüdlü Söhbət Hacıyev yaşadığı Nərimanov rayonu A.Neymətulla küçəsi ev 79 mənzil 48 ünvanında ov tüfəngi ilə özünə intihar məqsədi ilə atəş açıb. O, hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, S.Hacıyev “İnteryer-S” MMC-nin direktoru vəzifəsində çalışıb.

Son xəbərlər
Digər xəbərlər