Bakıda banka saxta əsginas vermək istəyən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 30-da Nəsimi rayonu ərazisindəki “Unibank”ın Əcəmi filialında, kassada işləyən işçiyə 1 ədəd 50 manatlıq saxta əsginas vermək istəyən Bakı şəhər sakinləri Ofelya Haqverdiyeva və Mətanət Novruzova Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.
APA