5 C
Baku
Saturday, December 14, 2024

Bakıda bankda saxta pulları dəyişmək istəyən şəxs tutulub

Bakıda bankda saxta pulları dəyişmək istəyən şəxs tutulub.

Bu barədə Banker.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində saxta pul dəyişmək istəyən şəxs cinayət başında yaxalanıb.

Yeni yaradılan Dövlət Agentliyinin sədri bank rəhbərlərini əməkdaşlığa çağırıb

Belə ki, dekabrın 24-də Yasamal rayonu ərazisindəki bankların birinin filialında 3 ədəd 100 manatlıq saxta əskinası dəyişmək istəyən şəxs orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Sübhan Əhədov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Digər xəbərlər