DİN məlumat yaydı.
Bakıda “Muğanbank” ASC-nin “Şərq” filialının giriş qapısının kilidini açmağa cəhd olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, dekabrın 29-da saat 01 radələrində Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində yerləşən kafenin qapısının qıfılını açmağa cəhd göstərmiş Ağsu rayon sakini Əlisahib Bədəlov və Yevlax rayon sakini Kamil Bakirov Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və 26-cı polis bölməsinə təhvil veriliblər.
“Muğanbank” ASC-nin “Şərq” filialında quraşdırılmış videokameralara baxış zamanı məlum olub ki, saxlanılan şəxslər bankın filialının giriş qapısının kilidini açmağa da cəhd göstiblər.
Oxu.az