12 C
Baku
Monday, September 30, 2024

Bakıda bankın baş ofisində partlayış – FOTO

Bakıda partlayış olub. Hadisə Yasamal rayonu, İnşaatçılar prospekti 100 ünvanında – “Xalq bank”ın yaxınlığında qeydə alınıb.

Banker.az xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, partlayış avtomobil qarajlarından birində bu gün səhər saatlarında qeydə alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, yaxınlıqdakı digər qarajlara və ərazidəki avtomobillərin bəzilərinə ciddi zərər dəyib.

Hadisəyə ilkin ehtimal qaz sızması göstərilir, lakin daha dəqiq səbəblərini müəyyənləşdirmək üçün hüquq-mühafizə orqanları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazini nəzarətə götürüb.

Hazırda hadisə yerində araşdırma aparılır.


09:40

Bu gün səhər saat 9.00-da “Xalq bank”ın anbarında güclü partlayış baş verib.

Banker.az-ın xəbərinə görə, məlumatı ann.az saytı yayıb.

Məlumata əsasən, hazırda ərazi təmamilə mühasirəyə alınıb. Yaxınlıqda yerləşən maşınlara ciddi xəsarət dəyib.

Qeyd edək ki, “Xalq bank”ın baş ofisi İnşaatçılar prospektində “Elmlər akademiyası” metro stansiyasının şaxtasınn düz üstündə yerləşir.

Partlayışın səbəbi bilnimir.

image

Son xəbərlər
Digər xəbərlər