19 C
Baku
Monday, May 20, 2024

Bakıda bankın sistemi çökdü

Beynəlxalq Bankın fəaliyyəti dünəndən etibarən dayanıb Beynəlxalq Bankın fəaliyyəti dünəndən etibarən dayanıb. Bu barədə anspress-in “qaynar xətti”nə məlumatlar verilir.

Fasilənin yaranmasına səbəb bankın sistemində yaranan nöqsan olub. Bankın məlumat bürosundan bildirilib ki, dünən texniki dəstək göstərilərək sistemi bərpa etmək mümkün olsa da saat 17:30-dan sonra yenidən problem yaranıb. Hazırda Beynəlxalq Bankın bütün filiallarında iş dayanıb: “İT xidməti problemi aradan qaldırmağa çalışır. Təxminən 1,2 saat ərzində problem həll olunacaq”,- deyə bürodan bildirilib.

İşçilər filiallardan çıxarılıb və sistemə müdaxilə olunur. Şahidlər bildirib ki, hazırda bankın sistemində yaranan nöqsanların həlli üçün İT xidməti fəaliyyət göstərir.

Bizim yol

Son xəbərlər
 ⁠
Digər xəbərlər