27 C
Baku
Saturday, July 27, 2024

“Kapital Bank” bankomata müdaxilə olduğunu təsdiqlədi

Ötən həftə Kapital Bank-ın Yasamal filialında (Landau küç., bina 6) baş verən oğurluq hadisəsində külli miqdarda bul götürülüb.

Banker.az-a Kapital Bankdan təsdiqlənib ki, həqiqətən də hadisə zamanı bankomata müdaxilə edilib.

Bank bildir ki, Faktla bağlı cinayət işi açılıb və hazırda istintaq gedir. İstintaq gedişatına mane olmamaq üçün, istintaq yekunlaşanadək bu barədə ətraflı məlumat verə bilmərik. İstintaq bitəndən sonra Daxili İşlər Nazirliyi ilə birgə açıqlama verəcəyik.


SAAT 11:45 / Bakıda bankomatdan külli miqdarda pul oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsindən verilən məlumata görə, “Kapitalbank”ın rayon ərazisində yerləşən bankomatından 174 min manat pul oğurlanıb.

Baş vermiş hadisə ilə bağlı dərhal əməliyyat qrupu yaradılıb.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Qeyd edək ki, ilk olaraq jurnalist Jalə Mütəllimova ötən gün bu barədə facebook sosial şəbəkəsində məlumat paylaşıb.

Son xəbərlər
Digər xəbərlər