12 C
Baku
Sunday, October 27, 2024

Bakıda bankomatın ekran şüşəsini sındıran qadınlar tutulub

Bakıda bankomatın ekranının şüşəsini sındıran qadınlar tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, mayın 15-də saat 04.00-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindəki “Bank VTB” ASC-yə məxsus Bakıxanov filialından Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən orada quraşdırılan bankomatın ekran şüşəsinin sındırılması müəyyən edilib. Bankomatın qarşısında dayanan əllərində daş olan Bakı şəhər sakinləri Almaz Muradova və Elmira Muradova saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil veriliblər.

Report

Son xəbərlər
Digər xəbərlər