Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım
müşahidə olunur.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq Bülleteninə istinadən xəbər verir.
Belə ki, keçən ilin mart ayının sonu ilə müqayisədə bankomatların sayı 2.4% artaraq 3 068 olub.
Aylıq müqayisədə isə bankomatların sayı 6 ədəd və ya 0.2% azalıb.
Bakıda mart ayında bankomatların sayı 1 591 (azalma 16 ədəd), regionlarda isə 1 477 (artım 10 ədəd) olub.