Ölkə üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 5 milyon 387 minə çatıb.
Azərbaycan ərazisində quraşdırılmış bankomatların ümumi sayı 2016-cı il martın 1-nə 2 562 ədəd olub ki, bu da 2015-ci ilin yekunları ilə müqayisədə 132 ədəd və ya 4,9% azdır.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, cari ilin martın 1-nə bankomatların 1 424 ədədi Bakı şəhərində yerləşib.
Bu isə ötən ilin yekunları ilə müqayisədə 5,2% azalma deməkdir.
Bankomatların 1 138 ədədi isə regionlarda yerləşir. Bu isə ötən ilin yekunları ilə müqayisədə 4,5% azalma deməkdir.
Martın 1-nə Azərbaycan üzrə quraşdırılmış POS-terminalların sayı 77 250 ədəd olub. Bu isə ötən ilin yekunları ilə müqayisədə 3,8% azalma deməkdir.
Bunun 44 712 ədədi Bakıda (azalma 8,7%), 32 538 regionlarda (artım 3,8%) yerləşir.
Mərkəzi Bankın məlumatına görə, martın 1-nə ölkə üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 5 milyon 387 minə çatıb. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 645 min ədəd azdır.
Oxu.Az