22 C
Baku
Monday, October 7, 2024

Bakıda Beynəlxalq Bankçılıq Forumu keçirilir

Bakıda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıqdır” mövzusunda VII Beynəlxalq Bankçılıq Forumu (“IBF 2023”) işinə başlayıb.

1-2 noyabr tarixlərində davam edəcək Forum Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçirilən forum etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq, imkanların azad olması: neobanklar və maliyyə ekosistemi, özünəxidmətin yeni sərhədi, maliyyə texnologiyaları və trendlər, ödənişlərin təkamülü: minimum təmasa doğru, əməliyyat səmərəliliyi üçün data və təhlil strategiyası, rəqəmsal maliyyə ekosistemində fırıldaqçılığın proaktiv formada qarşısının alınması imkanları, ESG bankçılığı, Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya regionunda pul köçürmələri mövzularını əhatə edəcək.

Qeyd edək ki, “IBF 2023” Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Forum tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr və tanınmış şirkətlərin rəhbər nümayəndələrini bir araya gətirir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər