1 C
Baku
Cümə, Yanvar 21, 2022

Bakıda bir neçə marşrut xətti üzrə hərəkət dəyişdirilir

Bakıda bir neçə marşrut xətti üzrə hərəkət dəyişdirilir.

Banker.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə Azneft, Dənizkənarı bulvar – Neftçilər prospekti boyunca kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bu səbəbdən 1, 2, 4, 5, 6, 10, 18, 21, 30, 32, 46, 49, 53, 59, 61, 65, 88, 125, 127, 175, 205, M3 və H1 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

 

 

Son xəbərlər
Oxşar xəbərlər