Bakıda biznes mərkəzlərinə sahib “AGA Group”un kredit biznesi borca girib – audit hesabatı

Azərbaycanda daşınmaz əmlaklara və biznes mərkəzlərinə sahib olan “AGA Group”un (“AQA Şirkətlər Qrupu”  QSC) kredit biznesi 2020-ci ildə hansı nəticələrə nail olduğu bəlli oldu. Söhbət “City Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-dən gedir.

Banker.az xəbər verir ki, BOKT 2020-ci ildə cəmi aktivlərini 7,756 min manat (yaxud 7.76 mln. manat) həcminə çatdırıb. Aktivlərindəki bu irəliləyiş, əsas fəaliyyət istiqaməti olan müştərilərə verdiyi kreditin həcminin artmasından doğur. BOKT kredit portfelini hesabat ilində 5 097 min manatdan 7 348 min manata qədər yüksəldə bilib. BOKT-un kredit portfelinin 1 509 min manatı biznes və 6 221 min manatı isə istehlak kreditləri ilə formalaşır.

Bank olmayan kredit təşkilatı 2020-ci ildə borc öhdəliklərini böyütməsi nəticəsində öhdəliklərinin həcmini 46% böyütməklə 2 291 min manata qədər çatdırıb. Bu borcların 2 252 min manatı borc öhdəlikləridir. Bu borc vəsaitini isə hamısını “Ferrum Kapital” MMC-dən alıb.

GƏLİRLƏR ARTIB

“AGA Group”un kredit biznesindən ötən ilki gəlirinin həcmi 1 471 min manat olmaqla, öncəki ildən 4.3 dəfə artıq olub. Hesabat ilində heç bir faiz xərci çıxmayıb. Bununla belə, 2019-cu ildə 202 min manatlıq problemli kreditlər üzrə daxil olmalar olduğu halda, 2020-ci ildə bunun əksi olaraq 463 min manat ehtiyata ayırıb.

BOKT kredit portfelini böyütdüyü halda, xalis komissiya gəlirlərinin həcmi iki dəfə azalmış görünür (16 min manat). Əməliyyat xərclərinin həcmi 494 min olub.

Bununla da “City Finance BOKT” 2020-ci il üzrə 529 min manat mənfəət əldə edib. Buradan, 112 min manat gəlir vergisi üzrə ödəniş etdikdən sonra 417 min manat xalis mənfəət əldə edə bilib.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.