Azərbaycanda böyük otel şirkəti təsis edilib.
Banker.az xəbər verir ki, bu, “Hotel Investments” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Şirkət 2021-ci ilin 30 iyununda təsis edilib və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhəri Yasamal rayonu, İzmir, ev 2 ünvanında dövlət qeydiyyatına alınıb.
“Hotel Investments” MMC 3 400 000 manat nizamnamə kapitalına sahibdir. Şirkətin qanuni təmsilçisi (rəhbəri) Pərviz Abbasquliyev Aydın oğludur.