14 C
Baku
Saturday, November 23, 2024

Bakıda bu ərazilərdə şarj aparatları quraşdırılıb

“Azərişıq” ASC paytaxtda və regionlarda enerji doldurma məntəqələrinin quraşdırılması işlərini davam etdirir.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Qeyd edilib ki, cari ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar, eləcə də, Bakıda keçiriləcək “COP 29” ərəfəsində paytaxtın əksər rayonlarında şarj aparatları quraşdırılıb.

“Hazırda 13 məntəqədə: Nərimanov rayonunda “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində, Gənclik metrostansiyası yaxınlığında, Atatürk parkında, Aşıq Molla Cümə küçəsində 215 saylı yarımstansiyanın qarşısında, Yasamalda 120 saylı yarımstansiyada, Səbaildə Nizami küçəsində və “İçərişəhər” yarımstansiyasında, Maştağa elektrik şəbəkəsinin ərazisində yerləşən “Sea Breeze” yaşayış kompleksinin parkinq ərazisində, Xətaidə “Ağ şəhər-1” və “Ağ şəhər-2” yarımstansiyalarında, Xəzər rayonunda Buzovna qəsəbəsində, Nəsimidə “Dağlıq” yarımstansiyasında, Nizami rayonunda Qara Qarayev prospektində enerji doldurma məntəqələri istismara hazır vəziyyətə gətirilib.

Paytaxla yanaşı regionlarda – Şamaxıda Abqora kəndində, Qəbələ RETSİ-nin (rayon enerji təchizatı və satışı idarəsi) qarşısında, Şəkidə Göynük kəndində, 110/35/10 kV-luq “Zaqatala yarımstansiyasında, Tovuzda Asan xidmət mərkəzi yaxınlığında, Göygöldə “Hacıməlik” yarımstansiyasında, Qubada 19 nömrəli yanacaqdoldurma məntəqəsinin yanında, Xızının Yaşma qəsəbəsində məntəqələr quraşdırılıb.

Qarabağ və Şərqi Zəngəzurda – “Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzində” enerji doldurma məntəqəsi müasir avadanlıqlarla və dayanıqlı elektrik enerjisi ilə təchiz olunub”, – məlumatda deyilir.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər