Yasamal rayonunda Alatava, İnşaatçılar metrosunun ətrafındakı ərazilərdə yerləşən həyət evlərinin sökülərək, yeni binaların tikilməsi ilə bağlı məsələlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə müzakirə olunur.
Bunu açıqlamasında Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib.
O bildirib ki, hazırda Bakı şəhərinin baş planı hazırlanır:
“Müxtəlif ərazilərin müxtəlif şirkətlərlə danışıq əsasında sökülməsi və yeni evlərlə əvəzləşdirilməsi planda var. Proses sakinlərlə şirkətlər arasında qarşılıqlı razılaşma əsasında icra olunacaq”.