16 C
Baku
Tuesday, April 30, 2024

Bakıda bu 8 avtobusun hərəkət sxemi dəyişdirilir

13 sentyabr saat 20:00-dan 18 sentyabr 2022-ci il saat 20:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, həmin küçənin Koroğlu Rəhimov küçəsindən Aşıq Molla Cümə küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Banker.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Tətbiq ediləcək qismən məhdudiyyətlə bağlı 8 müntəzəm marşrutun (M8, 4, 17, 26, 38, 67, 202 və 211 nömrəli) daşıyıcılarına təmir aparılan hissələrdə xüsusi ehtiyyatlı olmaları, eyni zamanda nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcəyi halda alternativ küçələrlə fəaliyyət göstərmələri barədə müvafiq məlumatlar verilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər