16 C
Baku
Sunday, May 26, 2024

Bakıda bu avtobusun hərəkət sxemi dəyişdirildi

Bakıda sərnişin daşıma fəaliyyəti göstərən 125 nömrəli müntəzəm marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Banker.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, buna səbəb Nəsimi rayonunda Neftçilər prospektində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrin hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir. Odur ki, sözügedən xətt üzrə avtobuslar alternativ küçəyə ilə hərəkət edəcək.

Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə fəaliyyəti təmin olunacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər