2023-cü ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsinin həcmi 558.1 milyon manat olub.
Banker.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 27.2 faiz artıb.
Həmçinin hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 305,1 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 54,7 faizini təşkil etmişdir.