2020-ci ilin yanvar-sentyabr aylarında Bakıda tikinti müəssisələri tərəfindən ən az inşaat işləri Bakının Xəzər rayonunda aparılıb.
Banker.az bu barədə Bakı Şəhər Statistika idarəsinə istinadən xəbər verir ki, hesabat dövründə sözügedən rayonda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri 5,3% azalaraq cəmi 18,16 mln. manat təşkil edib.
Qeyd edək ki, inşaat işlərinin dəyərində ən kəskin artım Sabunçu rayonunda, ən kəskin azalma isə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, hesabat dövründə Sabunçu rayonunda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri illik 52,4% artaraq 234,06 mln. manat təşkil edib, Suraxanı rayonunda isə 31,7% azalaraq 89,09 mln. manata enib.
Məlumat üçün bildirək ki, cari ilin yanvar-sentyabr aylarında Bakı şəhərində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri 4,77 mlrd. manat təşkil edib.