“Paytaxtın üç rayonunda söküntü işləri aparılacaq. Bunlar Binəqədi, Yasamal və Nəsimi rayonlarının müəyyən küçələrini əhatə edəcək”.
Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, söküntü işləri mərhələli qaydada aparılacaq və köhnə binaların hamısı bir anda sökülməyəcək:
“Söküntü işləri yalnız qəzalı və yararsız binalarla məhdudlaşacaq. Bu proses nəticəsində sökülən yerlərdə yenidən inşa olunacaq yeni tikililər qiymət baxımından yüksək olacaq və şəhərin inkişafına əlavə töhfə verəcək.
Üç rayon üzrə söküntü aparılacaq ərazilər bunlardır:
Yasamal rayonu:
- Sovetski ərazisinin qalan hissəsi
- Dağlıq küçəsi
- Təzəpir məscidi ətrafı
- Nabat Aşurbəyova və Rza Quliyev küçələri
- İnşaatçılar prospektinin ətrafı, Nizami küçəsinin daxili məhəllələri
Nəsimi rayonu:
- Cəlil Məmmədquluzadə küçəsi (tramvay yolu ilə bağlı)
- Ceyhun Hacıbəyli və ətraf küçələr
- Topçubaşov, Səməd Vurğun, Mirzə İbrahimov və Xaqani küçələrinin bəzi hissələri
- Mirəli Qaşqay küçəsi
Binəqədi rayonu:
- İkinci mədən küçəsi
- Əcəmi Naxçıvani, Şövkət Məmmədova, Səttar Bəhlulzadə, Ağasadıq Gəraybəyli və İsrafil Həşimov küçələri
- 8-ci mikrorayon və Biləcəri qəsəbəsinin bəzi binaları”





