29 C
Baku
Monday, June 24, 2024

Bakıda bu mənzillərə tələb artdı, qiymət bahalaşdı

Ötən ay Bakıda mənzil bazarında qiymət artımları müşahidə olunub.

Bu barədə  İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, aprel ayında, əvvəlki ayda olduğu kimi, fərdi həyət evlərinə tələbin artması müşahidə edilib.

Fərdi evlər və torpaq sahələrinin qiyməti əvvəlki aya nisbətən 1.2 faiz artıb. Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb dəyişməyib. Yaşayış binalarında olan mənzillərdə 0.7 faiz aylıq qiymət artımları müşahidə olunub.

Qeyri-yaşayış sahələrində 0.9 faiz aylıq qiymət artımı qeydə alınıb. Kirayə bazarında qiymətlər dəyişməyib.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-aprel aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,7 faiz olub.

Mənbətrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər