31 C
Baku
Tuesday, July 22, 2025

Bakıda bu marşrut xətti üzrə avtobuslar yenilənir

Bakının Binəqədi rayonunun Həmzə Babaşov küçəsini Nərimanov rayonunun Vladimir Mayakovski küçəsi ilə əlaqələndirən 26 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, 2025-ci il Çin istehsalı olan “Foton” markalı 5 avtobus iyulun 20-dən daşımalara cəlb ediləcək.

“Yaxın aylarda xətdə olan digər avtobusların da yenilənməsi təmin ediləcək”, – məlumatda qeyd olunub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər