25 C
Baku
Friday, April 19, 2024

Bakıda bu obyektin fəaliyyəti məhdudlaşdırıldı – Video

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakının Nizami rayonunda yerləşən “Gözəl” İstehsalat müəssisəsinin fəaliyyətini məhdudlaşdırıb.

FHN-dən  verilən məlumata görə, yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

– obyekt normaya uyğun ehtiyat çıxış yolu ilə təmin edilməyib;

– obyektdə yanğınların söndürülməsi üçün normaya uyğun yanğın su hovuzu inşa edilməyib;

– obyektin elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik xətləri obyektin bəzi sahələrində yanar konstruksiyaların üzəri ilə çəkilib, istehsal və anbar sahələrində müvəqqəti çəkilmiş elektrik xətlərindən, açıq sonluqlu naqillərdən, izolyasiya örtüyü zədələnmiş və sıradan çıxmış naqillərdən istifadəyə yol verilib;

– obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

– müəssisənin istehsal sahələri və ofis binasının divarları yanar materiallarla üzlənib;

– obyektin ərazisi və təxliyə yolları tezalışan tullantılardan təmizlənməyib;

– obyekt ilkin yanğınsöndürmə vasitələri və odsöndürən balonlarla tam təmin olunmayıb və mövcud olan odsöndürən balonların tərkibi dəyişdirilməyib;

– obyektdə yanğın zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün təxliyyə planı normaya uyğun tərtib edilməyib;

– obyektdə işçilər yanğın təhlükəsizliyinə dair təlimatlandırılmayıb və yanğın təhlükəsizliyinin təmin edilməsi barədə tədbirlər işlənib hazırlanmayıb;

– obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

– obyekt yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon nömrələrini bildirən göstərici lövhələrlə təmin edilməyib;

– müəssisənin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən müəssisəsində işlərin və xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə Qərar qəbul olunub.

 

1211
1111
7 1 11
511
311
2 3 11
Son xəbərlər
Digər xəbərlər