22 C
Baku
Monday, May 20, 2024

Bakıda bu yerlərdə “pulsuz Wi-Fi” xidməti dayandırılır – SİYAHI

Bakıda bir çox yerdə quraşdırılan “pulsuz Wi-Fi” xidməti dayandırılacaq.

Bu barədə “Bakı Telefon Rabitəsi” MMC-nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Alidə Mustafayeva İTV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gündən etibarən bu ərazilərdə “İctimai Wi-Fi” xidməti fəaliyyət göstərməyəcək:

– “Qış parkı”
– “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi
– “Sabir bağı”
– “Xaqani” bağı
– “Axundov bağı”
– “Zabitlər” parkı
– “Hüseyn Cavid” parkı
– “İzmir” parkı
– “Sahil bağı”
– “Səməd Vurğun” bağı
– “Muğan” bağı,
– “Fashion Avenue” parkı
– “Dədə Qorqud” parkı
– Beynəlxalq Avtovağzalın perronu.

Eyni zamanda üç ərazidə “pulsuz Wi-Fi” xidmətinin fəaliyyətinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Bunlar Dənizkənarı Milli Park, Dövlət Bayraq Meydanı, Heydər Əliyev Mərkəzinin parkıdır.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər