Bakıda nəqliyyat vasitələrində vahid kart sistemi dəmiryol nəqliyyatında da tətbiq ediləcək. Bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.
C.Qurbanov bildirib ki, yeni ödəmə katları Bakı metrosunda, avtobus və digər nəqliyyat vasitələrində, o cümlədən dəmiryolda istifadə ediləcək.
O, qeyd edib ki, Bakı Dəmiryol Vağzalının yenidən qurulması çərçivəsində köhnə platformaların bərpası, yeni turniketlərin quraşdırılması istiqamətində işlər görülür.
Trend