11 C
Baku
Wednesday, November 13, 2024

Bakıda “City Park”ın yarım milyonluq vergi borcuna görə əmlakı satışa çıxarılır

Vergilər Nazirliyinin (Dövlət Vergilər Xidməti) Bakı şəhəri Lokal Gəlirlər Baş Azərbaycanda tikinti xidmətini həyata keçirən “PARK CİTY” MMC-yə ilə bağlı məhkəməyə müraciət edib. Bu şirkət “City Park Yaşayış Kompleksi”nin bütün tikintini işlərini həyata keçirir.

Banker.az saytının əldə etdiyi məlumata əsasən,  Nazirlik Bakı Komersiya Məhkəməsinə müraciət edərək, cavabdehin 12 sentyabr 2019-cu il tarixə olan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 457 433 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 480 000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması xahiş edib.

“PARK CİTY” MMC-dən Banker.az-a verilən məlumata görə, artıq məsələ sülh yolu ilə həllini tapmışdır və şirkət yeni layihələri üzərində işlərini davam etdirir.

Son xəbərlər
Digər xəbərlər