26 C
Baku
Saturday, July 27, 2024

Bakıda çörək müəssisəsində istehsal məhdudlaşdırıldı

Daxil olan vətəndaş müraciəti əsasında Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, ev 4 ünvanında yerləşən, fiziki şəxs Ələsgərova Güllü Bəhlul qızına məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisənin qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin müəssisədə divar və tavan səthlərinin tamlığının pozulduğu, müvafiq təmizlik işlərinin aparılmadığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsal məhdudlaşdırılıb.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.

Son xəbərlər
Digər xəbərlər