-1 C
Baku
Sunday, December 15, 2024

Bakıda çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küç., ev 133B ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cabirov Teymur Məşədi Ağa oğluna məxsus çörək istehsalı müəssisəsində keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, müəssisənin istehsal və anbar sahəsində döşəmələrin tamlığının pozulduğu, divarların his və rütubətdən qaraldığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, həmçinin müəssisədə çalışan işçilərin xüsusi geyimlə təmin olunmadığı və dövri tibbi müayinədən keçmədiyi müəyyən olub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər