2 C
Baku
Saturday, December 14, 2024

Bakıda çörək müəssisəsinin rəhbəri cərimələnib – Fotolar

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai  rayonu, Süleyman Əhmədov küç., ev 5D ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əsədov Asim Ehtiram oğluna məxsus çörək istehsalı müəssisəsində aparılmış yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisənin sanitar texniki və sanitar gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, temperatur rejiminin gözlənilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin çörəklərin etiket məlumatlarında çəkisinin qeyd edilmədiyi, duzun, geri qaytarılmış çörəklərin bir başa döşəmədə saxlanıldığı və digər nöqsanlar aşkar olunub.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib.

muəssisə aqta

muəssisə aqta

muəssisə aqta

Son xəbərlər
Digər xəbərlər