10 C
Baku
Sunday, December 7, 2025

Bakıda çoxmərkəzlilik prinsipi üzrə işlər görülür

2040-cı ilədək Bakıda əsas xidmət sahələri və infrastruktur 10-15 dəqiqəlik məsafədə olacaq.

İllər boyu təkmərkəzli şəhər olan Bakıda çoxmərkəzlilik prinsipi üzrə işlər görülür.

Çoxmərkəzli şəhərlərdə hazırda Bakıda olduğu kimi bütün xidmət sahələri, əsas ticarət obyektləri, inzibati binalar və idarəetmə orqanları bir yerdə cəmlənmir. Şəhərdə bir neçə mərkəz yaranır və bir nöqtəyə bağlılıq azalır. Vətəndaşlar da ona lazım olan xidmətləri yaxın mərkəzdən əldə etdiyindən şəhər mərkəzinə getməyə ehtiyac duymur. Bu da şəhərin mərkəzi hissəsinə axının və nəqliyyat sıxlığının azalması ilə nəticələnir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, Bakının baş planında çoxmərkəzlilik prinsipi əsas götürülüb.

Anar Quliyev Bakıda mikromobilliklə bağlı görülən işlərdən də danışıb.

O vurğulayıb ki, bütün bunlarla bağlı planlar artıq mövcuddur və işlər davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər