Uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş və hazırda külli miqdarda dələduzluqda təqsirləndirilən Vüqar Səfərliyə hökm oxunub və o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, V.Səfərli bir neçə vətəndaşın etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır.
V.Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış bloger Səbinə Kətanovadır. Sabiq vəkil ona 130 min manatdan çox zərər vurub.
V.Səfərli əvvəllər Vəkillər Kollegiyasının üzvü olub. O, bir müddət əvvəl Kollegiyadan uzaqlaşdırılıb.