27 C
Baku
Friday, July 25, 2025

Bakıda dəmiryolu xətlərinin mühafizə zolağında evlərin qanunsuz tikilməsi ilə bağlı cinayət işi açılıb

Paytaxtın Nərimanov rayonunda Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında mühafizə zolağına aid torpaq sahələri zəbt olunaraq qanunsuz tikinti işləri aparılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, fakta görə Cinayət Məcəlləsinin qanunla müəyyən edilmiş, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi özbaşına tikinti və ya tikinti işlərini aparma maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

***

Azərbaycan Dəmir Yolları” QSC Bakı sərnişin-Keşlə, Nərimanov-Böyükşor dəmiryolu xətlərinin mühafizə zolağında evlərin qanunsuz tikilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev deyib.

“Nərimanov Rayon Polis İdarəsində qeyd edilən ərazilərin qanunsuz zəbt edilməsi, qanunsuz tikinti fəaliyyəti ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün ADY tərəfindən məhkəməyə müraciət olunub”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər