10 C
Baku
Wednesday, December 10, 2025

Bakıda daha bir bazar sökülür

Babək prospektində fəaliyyət göstərən və “Təkər aləmi” kimi tanınan bazarda söküntü işlərinə başlanılıb.

Uzun illərdir çalışan təxminən 100-ə yaxın sahibkar artıq ərazini tərk etmələri barədə məlumatlandırılıb.

Sahibkarlara ərazini boşaltmaları üçün aprelin 30-na qədər vaxt verilib.

Məlumata görə, söküntüdən sonra bazarın yerində ehtiyat hissələri üzrə yeni obyektlər inşa ediləcək. Tikinti başa çatdıqdan sonra sahibkarların yenidən əvvəlki yerlərinə qayıda biləcəyi qeyd olunub.

Ərazi özəl mülkiyyətdədir.

MənbəMilli.az
Son xəbərlər
Digər xəbərlər