17.4 C
Baku
Saturday, May 17, 2025

Bakıda daha bir metro stansiyası tikilir (FOTO)

Bakı Ağ Şəhər ərazisində metro stansiyası tikiləcək.

“Bakı Ağ Şəhər” layihəsinin mətbuat xidmətindən SalamNews-a bildirilib ki, Prezident İlham Əliyev tərəfindən 2011-ci ildə təsdiqlənən Bakı Metropoliteninin Perspektiv İnkişaf Planına əsasən Metropolitenin mövcud Yaşıl xəttinin (“Şah İsmayıl Xətai” – “Dərnəgül” stansiyalarını birləşdirən) genişlənməsi gözlənilir.

“Şah İsmayıl Xətai” stansiyasından tikilməkdə olan “Həzi Aslanov 2” stansiyasına qədər Nobel prospekti boyunca 3 yeni stansiya tikiləcək. Stansiyaların şərti adları Y-14, Y-15, Y-16-dır. Bu stansiyalardan biri “Bakı Ağ Şəhər” layihəsinin ərazisində planlaşdırılıb.

Hazırda Neft Emalı Zavodunun qarşısında Y-15 stansiyasında tunel qazma maşınları üçün start kamerası hazırlanır. Yaşıl xəttə əlavə olunan stansiyalar bu xətti dairəvi edəcək.

SalamNews

Son xəbərlər
Digər xəbərlər