7 C
Baku
Thursday, December 12, 2024

Bakıda daha bir yerdə işıqfor obyekti və müvafiq yol nişanları quraşdırılıb

Bakı Nəqliyyat Agentliyi yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə Yeni Ramana yolu ilə Samir Əliyev küçəsinin kəsişməsində işıqfor obyekti və müvafiq yol nişanları quraşdırıb, nişanlanma işləri aparıb.

Bu barədə quruma istinadən xəbər verilir.

Məlumata görə, bununla da növbəli hərəkət təmin edilərək yol nəqliyyat hadisələrinin baş vermə riski minimuma endirilib, ətrafda 2 tam orta məktəbin, 1 uşaq baxçasının yerləşməsi nəzərə alınaraq, bütün istiqamətlər üzrə təşkil edilən, nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların rahatlığ, təhlükəsizliyi təmin edilib.

Son xəbərlər
Digər xəbərlər