Bakıda “dayanma-durma”ya görə sərt cəza istəyir

“Bizim əməkdaşlarımız planşetlər vasitəsilə cərimələrin tətbiqinə başlayıb. Cərimələmədə də müəyyən boşluqlar var idi. Onu da hazırlayıb, hökumətə göndərmişik. Bəzən bir nəqliyyat vasitəsi qeyri-qanuni parklama yerində dayanır. Siz onu cəmi 1 dəfə cərmiləyə bilərsiniz. Bizim təkliflərimizdə isə dəyişikliklər nəzərdə tutulub. Nəqliyyat vasitəsi 1 ay ərzində dəfələrlə dayanma-durmanın tələblərini pozubsa, cəriməsi artaraq gedəcək, daha çox təkrarlanacağı təqdirdə sürücülük vəsiqəsinə xitam veriləcək”.

Banker.az  məlumat verir ki, bu sözləri sürücüləri narahat edən problemlərdən biri olan parklama yerləri və vahid qiymətin olmaması ilə bağlı fins.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərmli bildirib. Eyni zaman Vüsal Kərimli dayanma-durma və parklanma qaydalarını pozanlara qarşı da sərt addımlar atılacağını vurğulayıb.

Vüsal Kərimli / FOTO: APA

Onun sözlərinə görə, Bakının müəyyən yerlərində qurşadırılmış parkomatlar və onun yanında xidmət göstərən insanlar, ya insana, ya da avtomobilə görə fərqli qiymətlər müəyyən edir. Amma bunlar Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qiymətlər olmalı idi: “Bu günə qədər biz təsdiqini ala tapa bilməmişik. Şəhər mərkəzindəki qiymətlərlə, şəhərətrafındakı qiymətlər eyni ola bilməz. Bununla əlaqədar olaraq işlərimiz yekunlaşmaq üzrədir. Müvafiq hökumət qurumlarına da müraciətlərimiz olacaq. Nəinki küçə parklamaları, eyni zamanda yeraltı qarajlarda da tarifin əsaslandırma ilə tətbiqini düşünürük. Demək olar ki, yeraltı parkinqlərlə əlaqədar təklifləri göndərmişik. Yürüstü parklmalarla əlaqədar Bakını zonalara ayırmaqla onun hesablanması aparılır”.

Vüsal Kərimli bildirib ki, BNA-nın tətbiq edəcəyi parkinq sisteminin məqsədi nağdsız ödənişləri təşviq etməkdir: “Yeni sistemdə həmçinin, telefon vasitəsilə avtomobilinizin ölçülərinə uyğun yer sifariş edə biləcəksiniz. Gələn ildən şəhərin müəyyən girişlərində elektorn tablolar quraşdırmaq istəyirik ki, ən yaxın parkinq və boş yerlər barədə məlumatlar yer alsın. Məsələn, elə insanlar var ki, iş yerindən asılı olaraq həftənin 5 günü eyni yerdə parkinqdən istifadə edir. Bunun əvvəlcədən sifarişi, əvvəlcədən ödəniş etmək kimi seçimləri olacaq. Tətbiq edəcəyimiz bütün həll yolları bugünün informasiya və kommunikasiya texnologiyalarına cavab verəcək”.

Əlində xüsusi cihaz olan və özünü hansısa qurumun əməkdaşı kimi təqdim edən şəxslər vətəndaşdan parkinq pulu tələb edir, yaxud dayanma-durmaya görə cərimə kəsirlər. Bu problemlərin aradan qaldırılamsı üçün nə kimi işlər görülməsinə də toxunan Vüsal Kərimli deyib ki, Agentliyin əməkdaşlarından başqa, Bakı şəhərində dayanma-durmaya görə heç bir qurumun əməkdaşı kimisə inzibati tənbeh tətbiq edə bilməz: “Bu gün Bakı Nəqliyyat Agentliyinin 20-25 əməkdaşı şəhərin problemli hissələrində bu işi aparır. Biz özümüz də onlara tapşırmışıq ki, heç bir halda vətəndaşla dialoqa girməsinlər. Əgər vətəndaş nəqliyyat vasitəsinə oturub ərazini tərk edirsə, bizim üçün problem yoxdur. Bizim üçün əsas inzibati tənbehə tabe tutmaq deyil, o yolun qayda-qanunla istifadə edilməsidir. Yaxud vətəndaş bəzən etik olmayan sözlərdən istifadə edir. Bizim əməkdaşlarımıza verilən tapşırığıa əsasən, hətta ağır sözlərə belə cavab vermirlər. Amma bundan sonra əməkdaşlarımız həm səsli, həm də videoqeydiyyat aparan avadanlıqlarla təchiz olunacaqlar. Bunun sayəsində əməkdaşımızın məruz qaldığı münasbiətlə bağlı, həmin vətəndaşdan aidiyyatı orqanlara müarciət edəcəyik. Biz bunu tətbiq edirik ki, tıxac olmasın. Bir vətəndaşa görə yüzlərlə vətəndaşın narahatlığına səbəb ola bilmərik”.