Bakıda depo tikintisinə görə yüzlərlə yaşıllıq köçürüləcək

“Dərnəgül” elektrik deposunun tikintisi aparılacaq ərazidən, təxminən, 464 yaşıllıq köçürüləcək”.

Bunu “Bakı Metropoliteni” QSC tərəfindən “Dərnəgül” elektrik deposunun tikintisi zamanı ətraf mühitə təsirlərin, o cümlədən layihə altına düşən yaşıllıqların qiymətləndirilməsi ilə bağlı ictimai dinləmədə qurumun Perspektiv inkişaf və əsaslı tikintiyə nəzarət departamentinin rəisi Aftandil Bayramov deyib.

O bildirib ki, deponun ərazisindən köçürülən yaşıllığın əvəzinə təxminən 1000-ə yaxın ağac əkiləcək.

“Ağaclar relyefə uyğun köçürüləcək və onlara qulluq ediləcək”, – deyə o qeyd edib.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər