24 C
Baku
Monday, April 29, 2024

Bakıda dollar 1,95 manata satılır

“Qara bazar”da dolların məzənnəsi kəskin yüksəlib.

Bakıda Amerika valyutası 1 dollara 1,95 manat məzənnəsi ilə satılmağa başlayıb.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən dolların müəyyən edilmiş rəsmi məzənnəsi 1,7475 manatdır. Lakin valyutanı banklarda əldə etmək, praktiki olaraq, mümkün deyil. Belə ki, banklar valyuta satışını dayandırıb.

Oxşar yazı: Dolların məzənnəsi dünya valyutalarına nisbətdə 2003-cü ilin rekordun təzələyib

Bununla birlikdə, hüquq-mühafizə orqanları “qara bazar”la mübarizəni gücləndiriblər. Son iki gün ərzində qeyri-qanuni valyuta alqı-satqısında günahlandırılan 10-dan artıq şəxs saxlanılıb.

Ehtimal edilir ki, “qara bazar”da dolların bu cür kəskin bahalaşması hüquq-mühafizə orqanlarının keçirdiyi son əməliyyatlardan sonra dollar alverçiləri üçün risklərin kəskin artması, habelə “qara bazarı” dollarla təchiz edən bankirlərin işdən azad edilməsi və nəticədə təchizatın kəskin azalması ilə birbaşa bağlıdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər