“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti “Gəncə Körpü Tikinti 2” ASC ilə 6 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların əsaslı təmiri nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 5 927 597 manatdır.