8 C
Baku
Sunday, November 17, 2024

Bakıda dövlət qurumu dənizkənarı ərazidə qanunsuz tikilinin qarşısını alıb

Fövqəladə Hallar Nazirliyi (FHN) dənizkənarı ərazidə növbəti qanunsuz tikilinin qarşısını alıb.

Qaradağ rayonunun Sahil qəsəbəsində dənizəkənarı ərazinin qanunsuz olaraq hasarlandığı faktı aşkarlanıb.

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentlyinin inspektoru Müşfiq Hacıyev bildirib ki, problemin aradan qaldırılması üçün ərazidə qanunsuz inşa olunmuş tikilinin söküntü işləri aparılır:

“Bura mühafizə zonası hesab edilir. Tikilinin dənizdən 100 metr uzaqlıqda olması lazımdır. Hazırda Qaradağ Rayon İcra hakimiyyəti ilə birlikdə ərazidə söküntü işlərinə başlanılıb. Belə hallara tez-tez rast gəlinsə də tərəfimizdən keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər dayandırılır. Qeyd edim ki, bu Qaradağ rayonu ərazisində sökülən ilk dənizkənarı qanunsuz tikilidir”.

Son xəbərlər
Digər xəbərlər