2022-ci il iyunun 1-dən 3-dək Azərbaycanın paytaxtında Bakı Enerji Həftəsi keçiriləcək. “Iteca Caspian” şirkətinin məlumatına görə, Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsi 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq “Energetika və Bərpa Olunan Enerji” Sərgisini, eləcə də “Xəzər Neft və Qaz” konfransının davamçısı olan Bakı Enerji Forumunu bir araya gətirir.
Banker.az xəbər verir ki, tədbirlər Azərbaycan Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə keçirilir.
Nəticə etibarilə sərgilər və forumlar ənənəvi olaraq sənaye liderləri ilə görüşmək, fəaliyyətdə olan texnologiya və xidmətləri nümayiş etdirmək, effektiv işgüzar əlaqələr yaratmaq, həmçinin yeni informasiya axını və texnologiyaları təqdim etmək imkanı verərək, neft və enerji sahələrində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək.