9 C
Baku
Friday, December 13, 2024

Bakıda “exchange” problemi [video]

Ötən illə müqayisədə bu il ölkəyə gələn turistlərin sayında 29 faiz artım müşahidə edilib.

Bu isə onu deməyə əsas verir ki, ölkəyə gələn hər bir turist özü ilə bərabər xarici valyuta da gətirir.

O zaman sual yaranır. Turistlər valyutaları harada və necə dəyişirilər?

Bu mövzu ilə əlaqədar Real TV sujet hazırlayıb.

Mövzu ilə əlaqədar paytaxtda turistlər arasında aparılan sorğu nəticəsində məlum oldu ki, ölkəyə gələn tursitlərin bir qismi hava limanında, digər bir qismi isə banklarda valyutalarını dəyişmək məcburiyyətində qalırlar. Şəhərdə valyutadəyişmə məntəqlərinin olmaması isə bəzi turistlərin işini çətinləşdirir.

Millət vəkili Rüfət Quliyev deyir ki, valyuta mübadilə məntəqələrinin açılmasına ehtiyac var. Açılacaq valyuta mübadilə mərkəzləri paytaxtla bərabər bölgələrdə də fəaliyyətə başlamalıdır. Çünki turistlər bölgələrdə də istirahət edirlər. Xüsusən də şənbə və bazar günləri bankların işləməməsi tursitlərin işini çətinləşdirir.

Əslində valyuta mübadilə məntəqələrinin açılması üçün heç bir problem yoxdur. Bunun üçün maksimum bir ay vaxt lazımdır. Valyuta mübadilə məntəqlərinin aşılması ilə bağlı Milli Məclisdə qanun da qəbul edilib. Millət vəkili Rüfət Quliyev belə deyir.

Onun sözlərinə görə, əgər bu proses tez bir zamanda həyata keçirilərsə, o zaman yeni iş yerlərinin açılmasında zəmin yaradacaq.

Qeyd edək ki, Azərbaycanda valyutadəyişmə məntəqələrinin lizenziyası 2016-ci ildən etibarən ləğv edilib.

Son xəbərlər
Digər xəbərlər