28 C
Baku
Saturday, July 27, 2024

Bakıda fəaliyyətdə olan ABŞ kapitallı sığorta brokerinin mənfəəti azalıb

Azərbaycanda fəaliyyətdə olan beynəlxalq brend törəməsi “Marş” Sığorta və Təkrar Sığorta üzrə Broker MMC 2022-ci ildə xalis mənfəəti öncəki ildən az olub.

Banker.az şirkətin illik audit hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə 1 mln. 683 min manat həcmində broker haqqı əldə edib ki, 2021-ci ildən 16% azdır.

Şirkətin 1 mln. 195 min manat (2021: 1 mln. 32 min manat) əməliyyat xərcləri çəkib. Nəticədə əməliyyat mənfəəti 479 min manat olub. Bu, illik 53%-dən çox azalmadır.

Beləliklə, digər gəlir və xərclərdən sonra “Marş” sığorta və təkrarsığorta üzrə brokerin xalis mənfəəti 363 min manat olub. 2021-ci ildə şirkətin xalis mənfəəti 832 min manat idi.

“Marş” Sığorta və Təkrar Sığorta üzrə Broker MMC-nin 2022-ci ilin sonuna bölüşdürülməmiş mənfəəti 963 min manat təşkil edib. Belə ki, 2022-ci ildə səhmdarlarına 695 min manat dividend elan edib və ödəyib.

Xatırladaq ki, “Marş Sığorta və Təkrarsığorta üzrə Broker” 2002-ci ildə “Marş Caspian Services” adı ilə yaradılıb, 2005-ci ildə rebrendinq edib. Şirkət ABŞ-ın Nyu-York birjasında fəaliyyət göstərən “Marsh & McLennan” şirkətinin törəməsidir.

t43242423

Son xəbərlər
Digər xəbərlər