26 noyabr 2025-ci il saat 11.00-da “Səbail-Bazar” ATSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı cəmiyyətin yerləşdiyi ünvanda keçiriləcəkdir.
Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. 2024-cü ilin maliyyə hesabatlarının təsdiq edilməsi.
2. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada qəbul edilməsi.
3. Müşahidə şurasının, icra orqanının və təftiş müfəttişinin seçilməsi.
4. Cəmiyyətin mövcud vəziyyəti və gələcək fəaliyyətinə dair məsələlərin müzakirəsi.
5. Digər məsələlər.
Ünvan Bakı şəhəri, Səbail rayonu, Akademik Əhəd Yaqubov küçəsi 6-dır.