22 C
Baku
Tuesday, April 22, 2025

Bakıda fabrikin rəhbəri dəyişdirildi

“Bakı Ayaqqabı Fabriki” ASC-də rəhbər dəyişikliyi baş verib.

Banker.az xəbər verir ki, fabrikin direktoru Həsənəli Şahverdiyev Oruc oğlu vəzifəsindən azad olunub, onun yerinə isə Əlimədət İsgəndərov Məhəmməd oğlu təyin edilib.

Qeyd edək ki, “Bakı Ayaqqabı Fabriki” ASC, 2018-ci ildən fəaliyyət göstərən “ASK Ayaqqabı Fabriki” MMC-nin bazasında yeni hüquqi şəxs kimi yaradılıb.

Bununla yanaşı, Əmlak Məsələləri Dövlət Xidməti ASC-nin səhmlərinin 85%-nin və əmək kollektivi üzvlərinə güzəştli satışdan qalan hissəsinin satışı üzrə elan etdiyi investisiya müsabiqəsinə yekun vurduğunu açıqlamışdı.

Müsabiqəyə çıxarılan səhmlərin sayı 3 337 012 ədəd (nominal dəyəri 6 674 024 manat) təşkil edib. Müsabiqə çərçivəsində iddiaçılardan azı 5 milyon manatlıq investisiya proqramı təqdim etmələri, yeni iş yerləri yaratmaları, texnoloji modernizasiya və məhsul çeşidinin genişləndirilməsi ilə bağlı təkliflər vermələri tələb olunurdu.

Hazırda şirkətin 7.852 milyon manat nizamnamə kapitalı var.

Son xəbərlər
Digər xəbərlər