17 C
Baku
Saturday, May 18, 2024

Bakıda gələn ildən elektrik avtobusları fəaliyyət göstərəcək

Növbəti ildə Bakıda avtobusların elektrik avtobusları hesabına yenilənməsi layihəsinin icrası nəzərdə tutulub.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.

“Bildiyiniz kimi, növbəti il Azərbaycan “COP-29”a ev sahibliyi edəcək. Növbəti ildən biz yeni elektrik avtobuslarını Bakı küçələrində daha sıx görəcəyik”, – Rəhman Hümmətov qeyd edib.

Bundan başqa, mövcud marşrut xətlərində avtobusların problemindən danışan R.Hümmətov əlavə edib ki, hazırda Bakıda 400-ə yaxın avtobus müasir tələblərə cavab vermir.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər